Türkiyə Ermənistana dərman göndərir - İrəvan yardım istəyib

Türkiyə Ermənistana dərman göndərir -  İrəvan yardım istəyib
  12 Aprel 2020    Oxunub:11319
Ermənistan yeni növ koronavirusa (COVİD-19) qarşı mübarizə məqsədilə Türkiyədən dərman yardımı istəyib.

Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.
O bildirib ki, rəsmi İrəvanın yardım istəyinə Türkiyə Prezident Administrasiyası tərəfindən müsbət cavab verilib:

"Biz çox ölkəyə yardım etmişik. Bu, son dərəcə insani bir vəziyyətdir. Burada siyasi hesablar edə bilmərik. Yardımları təmin etmişik. Yardım yaxın günlərdə Ermənistana göndəriləcək".

İ.Kalın, həmçinin qeyd edib ki, tibbi ləvazimat üçün müraciət edən İsrail və Fələstinə də tezliklə yardımlar çatdırılacaq.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Ermənistan   Koronavirus   COVİD-19  





Xəbər lenti