İranda koronavirusdan ölənlərin sayı 4474-ə çatdı

İranda koronavirusdan ölənlərin sayı 4474-ə çatdı
  12 Aprel 2020    Oxunub:2551
İranda son sutka ərzində daha 117 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4474-ə çatıb.

Bundan başqa, İranda son 24 saatda virusa yoluxanların sayı 1657 nəfər artaraq 71 686-ya yüksəlib. Xəstəxanada müalicə alan 43 894 şəxs isə sağalıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İran   Koronavirus  






Xəbər lenti