COVID-19: İspaniyada ölü sayı 17 minə çatır

COVID-19:  İspaniyada ölü sayı 17 minə çatır
  12 Aprel 2020    Oxunub:4701
İspaniyada son sutka ərzində koronavirusdan 619 nəfər ölüb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu, son üç gündə qeydə alınmış ən böyük itkidir.

Ölkənin rəsmi qurumlarının məlumatına görə, virus qurbanlarının sayı 17 minə çatmaqdadır. Hazırda bu rəqəm 16 972 nəfərdir.

Koronavirusa yoluxanların ümumi sayı 166 019, sutka ərzində yoluxma sayı 4 167-ə çatıb. İndiyədək 62 min insan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya   Koronavirus  






Xəbər lenti