82 yaşında koronavirusdan sağaldı, beyin qanaxmasından öldü

82 yaşında koronavirusdan sağaldı, beyin qanaxmasından öldü
  12 Aprel 2020    Oxunub:5288
Türkiyədə xroniki xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, yeni növ koronavirusdan sağalan 86 yaşlı Rəsmiyə İşıq adlı qadın beyin qanaxmasından vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Belə ki, aprelin 1-də koronavirusdan sağalan R.İşıq evə buraxılıb. Bir neçə gün sonra onun vəziyyəti pisləşib və yenidən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə rəğmən, 82 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Həkimlər onun yüksək təzyiqin səbəb olduğu beyin qanaxmasından öldüyünü açıqlayıblar.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus  






Xəbər lenti