Koronavirusdan ölənlərin sayı 110 minə çatır

 Koronavirusdan ölənlərin sayı 110 minə çatır
  12 Aprel 2020    Oxunub:5525
​Dünyada yeni növ koronavirusa yoluxanların sayı 1 milyon 792 min 801 nəfərə çatıb.
Azvision.az Worldometers -ə istinadən xəbər verir ki, hazırda virusdan ölənlərin sayı 109 min 789 nəfərdir. İndiyədək 411 min 590 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   COVİD-19  






Xəbər lenti