Qazaxıstanda 911 nəfər virusa yoluxub

Qazaxıstanda 911 nəfər virusa yoluxub
  12 Aprel 2020    Oxunub:2318
Qazaxıstanda koronavirusa (COVİD-19) yoluxanların sayı 911 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu gün ölkədə daha 14 nəfərdə yeni yoluxma halı qeydə alınıb. Virus qurbanlarının sayı 10 nəfərdir. 86 xəstə sağalıb.

Qeyd edək ki, virusa yoluxma paytaxt Nur-Sultanı və ölkənin bir sıra digər şəhərlərini əhatə edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   Koronavirus   COVİD-19  






Xəbər lenti