Fiat Kraysleri ələ keçirir - VİDEO

Fiat Kraysleri ələ keçirir - VİDEO
  02 Yanvar 2014    Oxunub:1460
İtalyanlar bunu öz aralarında “Amerikanın ikinci kəşfi” adlandırır. Belə ki, Ferrari, Lançiya, Mazerati, Alfa-Romeo-ya sahib olan italiyalı nəhəng Kraysleri ələ keçirməklə dünyanın 7-ci ən böyük maşın istehsalı firmasına çevriləcək.
AzVision.az “euronews”a istinadən xəbər verir ki, bundan əvvəl 2009-cu ildə, özündə “Ceep” və “Dodge” firmalarını da birləşdirən amerikanın ən böyük maşın istehsalçılarından biri “Kraysler”in 58,5 faiz səhmlərin alan Fiat kifayətlənmək niyyətində deyil. İtaliyada Amerika avtonəhəngini almağa çox müsbət reaksiya olub və qalan 41,5 faiz səhmlərin alışı tövsiyyə edilib. Bunu Fiat şirkətinin səhmlərinin qiymətinin birdən qalxması da isbat edir.

Fiat 41,5 faiz səhmin alışı üçün 3 miyard 650 milyon dollar ödəməyə artıq razılığın verib. Qeyd edək ki, qalan səhmlər Amerika maşın sənayesi işçilərinin pensiya fonduna aiddir.

İtalyan firmasının nümayəndələri bunu öz aralarında “Amerikanın ikinci kəşfi” adlandırır və beləliklə Turin şirkətinin artıq dünya həcmində maşın istehsalçısı olduğunu vurğulayırlar. Satış sazişinin 20 yanvara qədər imzalanacağı gözlənilir.






Teqlər:  





Xəbər lenti