Dünyada koronavirusdan ölənlərin sayı 113 mini ötdü

   Dünyada koronavirusdan ölənlərin sayı 113 mini ötdü
  13 Aprel 2020    Oxunub:4358
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 1 milyon 844 min 422 nəfərə çatıb.
Azvision.az Worldometers -ə istinadən xəbər verir ki, hazırda virusdan ölənlərin sayı 113 min 615 nəfərdir.

İndiyədək 421 min 767 nəfər xəstəlikdən sağalıb. Ən çox yoluxma (557,043) və ölüm (21,952) faktı ABŞ-da qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə aşkar edilib.

Azvision.az


Teqlər: Koronavirus   Statistika   Dünya  






Xəbər lenti