Ərdoğan Soylunun istefasını qəbul etmədi

   Ərdoğan Soylunun istefasını qəbul etmədi
  13 Aprel 2020    Oxunub:3072
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Daxili İşlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimai Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilir ki, Süleyman Soylu Türkiyə Daxili İşlər naziri vəzifəsində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Türkiyədə iki günlük komendant saatı qüvvəyə mindikdən sonra bəzi vətəndaşlar toplu şəkildə marketlərə gedib və xoşagəlməz hərəkətləri əks etdirən videogörüntülər yayılıb.

Ötən gün nazir bu hadisələrə görə məsuliyyət daşıdığını ifadə edərək istefa verdiyini açıqlayıb.

Azvision.az



Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti