Çində 108 yeni yoluxma, 2 ölüm qeydə alındı

Çində 108 yeni yoluxma, 2 ölüm qeydə alındı
  13 Aprel 2020    Oxunub:2341
Çində sutka ərzində koronavirusa 108 yeni yoluxma qeydə alınıb, 2 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Gün ərzində 88 nəfər sağalıb.

Qeyd edilib ki, 98 yeni yoluxma halı ölkəyə gələnlərdə aşkar edilib, 10 hal isə əyalətlərdə müəyyən olunub.

Çində hazırda 1156 koronavirus xəstəsi var, onların 151 nəfəri ağır vəziyyətdədir. Ümumulikdə isə indiyədək 77663 min nəfər virusdan sağalıb, 3341 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin  






Xəbər lenti