Koronavirus: Dünyada hazırkı mənzərə - STATİSTİKA

  Koronavirus:  Dünyada hazırkı mənzərə -  STATİSTİKA
  13 Aprel 2020    Oxunub:7072
Bu günədək dünyada 1 milyon 853 min 604 nəfər yeni növ koronavirusa yoluxub. Virusa yoluxmuş 114 min 270 xəstə ölüb, 427 min 801 nəfər sağalıb.
Azvision.az Worldometers.info-ya istinadən xəbər verir ki, yerdə qalan 1 milyon 311 min 533 nəfərdən 1 milyon 260 min 675-nin vəziyyəti qənaətbəxş hesab olunur. 50 min 858 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Son məlumatlara görə, koronavirusa dünyanın 210 ölkəsində rast gəlinib.

Virusa ən çox yoxulma faktı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 560 min 433 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 22 min 115 nəfəri ölüb. Son 12 saat ərzində 133 yeni yoluxma, 10 ölüm qeydə alınıb.

İkinci yerdə gələn İspaniyada 166 min 831 yoluxma baş verib. Xəstələrdən 17 min 209 nəfəri vəfat edib.

Üçüncü yerdə İtaliyadır. Bu ölkədə 156 min 363 nəfər virusa yoluxub. Onlardan 19 min 899 nəfəri dünyasını dəyişib. Yeni yoluxma və ölümə rast gəlinməyib.

Dördüncü yerdə qərarlaşan Fransada 132 min 591 nəfər koronavirusa yoluxub, 14 min 393 nəfər ölüb.

Siyahıda beşinci sırada olan Almaniyada isə 127 min 854 nəfər virusa yoluxub, onlardan 3 min 22 nəfəri ölüb.

Altıncı sırada yer alan İngiltərədə 84 min 279 nəfər virusa yoluxub, 10 min 612 nəfər dünyasını dəyişib.

Yeddinci sırada Çin gəlir. Çində 82 min 160 nəfər koronavirusa yoluxmuş şəxs qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3 min 341 nəfərə çatıb. Son 12 saat ərzində yoluxanların sayı 108 nəfər olub. Hesabat saatında 2 nəfər dünyasını dəyişib.

Səkkizinci sırada yer alan İranda 71 min 686 virusa yoluxma halı təsdiqlənib. İndiyədək 4 min 474 nəfər ölüb.

Türkiyə 56 min 956 nəfər koronavirusa yoluxma ilə doqquzuncu pillədədir. Bu ölkədə 1198 nəfər pandemiyanın qurbanı olub.

Siyahıda onuncu yerə çıxan Belçikada 29 min 647 nəfər koronavirusa yoluxub. 3 min 600 daşıyıcı dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az


Teqlər: COVİD19   Statistika  





Xəbər lenti