Məşhur riyaziyyatçı koronavirusdan öldü

Məşhur riyaziyyatçı koronavirusdan öldü
  13 Aprel 2020    Oxunub:3627
Məşhur britaniyalı riyaziyyatçı, "Həyat" oyununun yaradıcısı Con Horton koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə onun həmkarı Sem Von "Twitter"də yazıb. Bildirib ki, həmkarının ölümü gözlənilməz olub.

82 yaşlı riyaziyyatçı Nyu-Cersidə vəfat edib. Horton 1986-cı ildən bu günə kimi ABŞ-da çalışıb.

Qeyd edək ki, Horton "Həyat" oyununun yaradıcısı kimi məşhur idi. O, həmmüəlliflərlə birlikdə oyunların kombinatorial nəzəriyyəsinin əsasını qoyub və sürreal ədədləri kəşf edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  






Xəbər lenti