Rusiyada 148 nəfər koronavirusdan öldü

 Rusiyada 148 nəfər koronavirusdan öldü
  13 Aprel 2020    Oxunub:2806
Rusiyada son sutka ərzində 2558 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma sayı 18 min 328 nəfərə çatıb.

Son sutka ərzində 18 nəfər dünyasını dəyişib. Ümumilikdə isə ölkə üzrə 148 nəfər pandemiyanın qurbanı olub.

Rusiyada indiyədək 1,3 milyon insan testdən keçirilib, 1470 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Koronavirus  






Xəbər lenti