Lavrov və Zərif koronavirusu müzakirə etdi

Lavrov və Zərif koronavirusu müzakirə etdi
  13 Aprel 2020    Oxunub:2262
Rusiya və İranın Xarici İşlər nazirləri Sergey Lavrovla Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, tərəflər koronavirusla mübarizə, sankisiyalar, tibbi ləvazimatların verilməsində məhdudiyyətlərlə bağlı məsələləri müzakirə ediblər.

"Nazirlər beynəlxalq gündəmdə olan aktual mövzulara, Əfqanıstandakı vəziyyətə dair hərtərəfli fikir mübadiləsi aparıblar. BMT-nin son təklifləri fonunda Yəməndə nizamlanma səylərinin gücləndirilməsi perspektivlərinə də toxunulub", - Rusiya XİN-in açıqlamasında bildirilib.

Qeyd edilib ki, əsas diqqət koronavirusla mübarizəyə yönəldirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   İran  





Xəbər lenti