“Etdiyim hər şey düzgündür” - Tramp ittihamları rədd etdi

“Etdiyim hər şey düzgündür” -  Tramp ittihamları rədd etdi
  14 Aprel 2020    Oxunub:3419
ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirusun yayılmasınının qarşısının alınmasında gecikməyə yol verilməsi ilə bağlı iddiaları rədd edib.

Azvision.az " CNN Türk" ə istinadən xəbər verir ki, Tramp virusun qaynar nöqtələri olan Nyu -York, Nyu-Cersi, Luizana və Miçiqan ştatlarında xəstəxanaya yerləşdirilənlərin sayının azaldığını və sabitliyə nail olunduğunu bildirib.
"Etdiyim hər şey düzgün idi. 11-17 yanvar tarixinə nəzər salın, yoluxma və ya ölüm faktı yoxdur. Buna baxmayaraq, ilk yoluxmanın ortaya çıxmasının ardından yanvarın 31-də Çindən gələnlərə sərhədlərimiz bağlandı. Co Bayden və demokratlar məni irqçilikdə günahlandırdılar. Nə edərdim? Ortalıqda heç nə olmadığı halda iqtisadiyyatımıza zərərmi vurmalıydım?", -deyə Tramp qeyd edib.

Şahanə Rəhimli
Azvision.az





Teqlər: Tramp   ABŞ  





Xəbər lenti