Britaniya Qarabağdakı “seçkilərin” ikinci turunu da tanımır

Britaniya Qarabağdakı “seçkilərin” ikinci turunu da tanımır
  14 Aprel 2020    Oxunub:3595
Böyük Britaniya ikinci turu aprel ayının 14-də baş tutacaq Dağlıq Qarabağdakı qondarma "prezident seçkilərini” tanımır.
Azvision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bəyanat yayıb.

Bildirilib ki, rəsmi London ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin sülh prosesindəki rolunu dəstəkləyir: "Biz beynəlxalq hüququn bütün dünyada tanınan prinsip və normalarının əhəmiyyətini vurğulamaqla bərabər, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həll olunması və etimadın yaradılması üçün səylərini sürətləndirməyə çağırırıq".

Azvision.az



Teqlər: London   Qarabağ   Azərbaycan   Səfirlik  





Xəbər lenti