Almatıda bir gündə 116 tibb işçisi koronavirusa yoluxub

Almatıda bir gündə 116 tibb işçisi koronavirusa yoluxub
  14 Aprel 2020    Oxunub:2455
Qazaxıstanın Almatı şəhərində son 24 sutka ərzində 174 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Şəhər İctimai Səhiyyə İdarəsinin rəhbəri Tleuxan Abildayev məlumat verib. Onun sözlərinə görə, virusa yoluxanlardan 116-sı tibb işçisidir.

İndiyədək Qazaxıstanda koronavirusa 1179 yoluxma faktı qeydə alınıb, 14 nəfər dünyasını dəyişib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koronavirus   Qazaxıstan  






Xəbər lenti