Sabiq Baş Nazir karantin rejiminə əməl etmir

Sabiq Baş Nazir karantin rejiminə əməl etmir
  14 Aprel 2020    Oxunub:2171
İspaniyanın sabiq Baş Naziri Mariano Raxoy karantin rejimini pozaraq küçədə idmanla məşğul olub.
Azvision.az xəbər verir ki, bu barədə "La Sexta" telekanalı məlumat yayıb. Bildirilib ki, keçmiş Baş Nazir karantin rejiminə məhəl qoymayaraq küçədə rahat gəzir və idmanla məşğul olur.

İspaniyada karantin qaydalarının pozulmasına görə 100-600 avro məbləğində cərimə müəyyən edilib. Asayiş keşikçilərinə tabe olmayanlara isə üç aydan bir ilədək həbs cəzası verilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya   Karantin  





Xəbər lenti