Həkimlər Consonu işə çıxmağa qoymur

Həkimlər Consonu işə çıxmağa qoymur
  14 Aprel 2020    Oxunub:2383
Böyük Britaniyanın Baş Naziri Boris Conson müalicəsini davam etdirir. Həkimlər ona hələ işə çıxmağı tövsiyə etmirlər.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazirin ofisindən bildirilib. Məlumata görə, Conson hazırda şəhərətrafı iqamətgahındadır.

Qeyd edək ki, ötən ay koronavirusa yoluxan B.Conson bir neçə gün əvvəl xəstəlikdən sağalaraq evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Conson  






Xəbər lenti