“Laçın” tankeri dünyanın ən yaxşı 50 gəmisi sırasında

“Laçın” tankeri dünyanın ən yaxşı 50 gəmisi sırasında
  14 Aprel 2020    Oxunub:2986
Bakı Gəmiqayırma Zavodunda ukraynalı mühəndislərin layihəsinə əsasən inşa edilən ilk gəmi - “Laçın” tankeri dünyanın ən yaxşı 50 gəmisi sırasına daxil edilib.
Azvision.az Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, “Laçın” tankeri Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (Royal Institution of Naval Architects, RINA) versiyasına görə, 2019-cu ildə dünyanın ən yaxşı 50 mülki gəmisi sırasındadır.

Həmin reytinqdə dəniz kruiz laynerlərindən supertankerlərə qədər müxtəlif təyinatlı, ölçülü və tipli gəmilər yer alır.

Qeyd edək ki, “Laçın” gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakıda inşa edilib. İnşasına 2017-ci il fevralın 9-da başlanılıb və artıq iki il sonra gəmi istismara hazır olub. Tankerin uzunluğu 141 m, eni 16,98 m, su çəkimi 4,54 m/3,6 m təşkil edir.

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Laçın” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Azvision.az


Teqlər: “Laçın”tankeri  





Xəbər lenti