İtaliyada koronavirusdan ölənlərin sayı 21 mini keçdi

 İtaliyada koronavirusdan ölənlərin sayı 21 mini keçdi
  15 Aprel 2020    Oxunub:2858
İtaliyada son sutka ərzində 602 nəfər koronavirusdan ölüb, 2972 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İtaliyada pandemiya qurbanlarının sayı 21 min 67 nəfərə çatıb. Hazırda ölkədə virusa yoluxanların sayı 162 min 488, sağalanlar isə 37 min 130 nəfərdir.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus   Pandemiya  






Xəbər lenti