“Dəstək paketi 2,5 milyard manatdan artıq olub” - Samir Şərifov
Nazirin sözlərinə görə, bu vəsaitin 350 milyon manatlıq hissəsi bir sıra zəruri tibbi ləvazimatların və avadanlıqların təxirəsalınmadan alınması, dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçilərinə, cəlb olunmuş könüllülərə xüsusi əlavə və müavinətlərin ödənilməsi, ölkədə dezinfeksiya işlərinin genişləndirilməsi və digər tibbi ehtiyacların maliyyələşdirilməsinə yönəldilir.
“Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli Sərəncamı ilə pandemiyanın məşğulluğa, sahibkarlara və iqtisadiyyata mənfi təsirlərinin azaldılması üzrə təkliflərin hazırlanması məqsədilə yaradılan işçi qrupların təqdim etdiyi təkliflər əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Tədbirlər Planından irəli gələn məsələlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb və artıq bu vəsaitin maliyyələşdirilməsi başlanılıb. Dövlət fondları və digər maliyyə resursları səfərbər edilərək ümumi maliyyə dəstək paketi 2,5 milyard manatdan artıq olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məşğulluq tədbirlərinə maliyyələşmə artıq açılıb, eyni zamanda, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə sahibkarlara maliyyə dəstək tədbirləri həyata keçirilməkdədir. Eyni zamanda, qeyd etmək istərdim ki, İpoteka Fondunun vasitəsilə maliyyələşmənin açılması üçün də müvafiq tədbirlər görülməkdədir”, - deyə Maliyyə naziri vurğulayıb.
Azvision.az
Teqlər: Samir-Şərifov Nazir