Özbəkistanda virusa yoluxanların sayı 1214-ə çatıb

Özbəkistanda virusa yoluxanların sayı 1214-ə çatıb
  15 Aprel 2020    Oxunub:2850
Özbəkistanda sutka ərzində koronavirusa yoluxanların sayı 49 nəfər artaraq 1214-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Özbəkistanda ilk yoluxma halı martın 15-də Fransadan qayıdan şəxsdə aşkarlanıb. 1 aprel tarixindən ölkədə karantin elan edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan   Koronavirus  






Xəbər lenti