Bill Qeyts Trampı tənqid etdi

Bill Qeyts Trampı tənqid etdi
  15 Aprel 2020    Oxunub:3055
"Microsoft"un qurucusu Bill Qeyts ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini dayandırması barədə qərarını tənqid edib.
Azvision.az xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.

"Hazırkı sağlamlıq böhranı zamanı ÜST-nin maliyyələşdirilməsinin dayandırılmasını söyləmək çox təhlükəlidir", - Qeyts qeyd edib.

Onun sözlərinə görə, ÜST-nin fəaliyyəti pandemiyanın yayılma tendensiyasının azaldılmasına kömək edir. Qeyt hesab edir ki, ÜST-in fəaliyyəti dayandırılarsa, başqa heç bir qurum onu ​​əvəz edə bilməz.

Eyni zamanda, milyader əlavə edib ki, indi dünya əvvəllər olmadığı kimi ÜST-ə ehtiyac duyur.

Qeyd edək ki, Tramp ABŞ-ın koronavirus pandemiyası fonunda Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsini dayandırdığını bəyan edib. Ağ Ev rəhbərinin sözlərinə görə, ÜST dünya ictimaiyyətinə koronavirus haqqında vaxtında düzgün məlumat verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ÜST   Tramp   Qeyts  






Xəbər lenti