İsraildə koronavirusa yoluxanların sayı 12 mini ötüb

İsraildə koronavirusa yoluxanların sayı 12 mini ötüb
  15 Aprel 2020    Oxunub:2071
İsraildə koronavirusa yoluxanların ümumi sayı 12 min 200-ə çatıb, sutka ərzində 9 xəstə ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, pandemiya qurbanlarının sayı 126 nəfərdir.

Həmçinin qeyd olunub ki, ağır vəziyyətdə olan və süni nəfəs aparatına qoşulan xəstələrin sayı azalıb. Bu günədək 2309 xəstə sağalaraq evə buraxılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İsrail   Koronavirus  





Xəbər lenti