Rusiyadan ÜST-lə bağlı Vaşinqtona çağırış

   Rusiyadan ÜST-lə bağlı Vaşinqtona çağırış
  15 Aprel 2020    Oxunub:3042
Rəsmi Moskva Vaşinqtonu Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qarşı hücumlardan çəkinməyə çağırıb.
Azvision.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, ÜST fəaliyyətini nizamnaməsinə uyğun aparır: "Bundan əlavə, təşkilat əksər hökumətlər, elm və tibb dairələri tərəfindən dəstəklənir. ABŞ-ı ÜST-ə qarşı növbəti hücumlarından imtina etməyə çağırırıq".

Nazir müavini vurğulayıb ki, ABŞ-ın biotibbi sahədə beynəlxalq əməkdaşlığın əsaslarını sarsıdacaq deyil, əksinə onu gücləndirəcək məsuliyyətli fəaliyyət həyata keçirməsi vacibdir.

Qeyd edək ki, Tramp ABŞ-ın koronavirusu pandemiyası fonunda Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsini dayandırdığını bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   ABŞ   Tramp   ÜST  





Xəbər lenti