318,7 milyon manat həcmində tikinti məhsulu istehsal edilib
Dövlət Statistika Komitəsindən AzVision.az -a bildiriblər ki, həmin müddətdə sement istehsalı 5,5 faiz artaraq 1,9 milyon ton, gips istehsalı 24,2 faiz artaraq, 161,9 min ton, hazır beton qarışığı istehsalı 10,1 faiz artaraq, 1 milyon 247,8 min ton olub.
2013-cü ilin dekabrın 1-nə müəssisələrin anbarlarında 18,1 milyon manatlıq hazır məhsul ehtiyatı olub.