Məhkəmə Sarkisyanın şikayətini rədd etdi

Məhkəmə Sarkisyanın şikayətini rədd etdi
  15 Aprel 2020    Oxunub:2398
Ermənistanın Apelyasiya Məhkəməsi sabiq prezident Serj Sarkisyanın vəkillərinin onun barəsində yaşayış yerini tərk etməmə haqqında qərarın ləğvinə dair vəsatətlərini rədd edib.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Baş prokurorun müşaviri Qor Abrahamyan məlumat verib.

Qeyd edək ki, Sarkisyan 1 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Onun barəsində cinayət işi məhkəməyə göndərilib. Keçmiş prezidentin yaşayış yerini tərk etməməsinə dair qərar verilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti