Belarus Qələbə paradına hazırlaşır

Belarus Qələbə paradına hazırlaşır
  15 Aprel 2020    Oxunub:2728
Belarus Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümü münasibətilə hərbi parad hazırlıqlarını davam etdirir.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"İkinci Dünya Müharibəsində sovet xalqının qələbəsinin 75-ci ildönümünə həsr olunmuş hərbi parad üçün hazırlıqlar davam edir, parada əfsanəvi Tu-24 tankları başda olmaqla, 185 ədəd texnika cəlb ediləcək".

Məlumatda vurğulanıb ki, builki paradın fərqləndirici xüsusiyyəti yeni və modernləşdirilmiş hərbi texnikaların da nümayişə çıxarılması olacaq.

Qeyd edək ki, bundan əvvəl isə Belarusun Xarici İşlər naziri Vladimir Makey Qələbə paradının keçirilməsi ilə əlaqədar yekun qərarın koronavirusla bağlı vəziyyətin nəzərə alınaraq veriləcəyini bildirmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Parad  





Xəbər lenti