BVF: Ermənistanda işsizlik artacaq

 BVF:  Ermənistanda işsizlik artacaq
  15 Aprel 2020    Oxunub:2526
Bu il Ermənistanda iqtisadiyyat 1,5 faiz azalacaq.
Azvision.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) koronavirus pandemiyası fonunda həm dünya, həm də müxtəlif ölkələrin iqtisadiyyatı üçün hazırladığı proqnoz hesabatda deyilir.

"Dünya İqtisadi Baxışı" adlı aprel hesabatında vurğulanıb ki, cari ildə Ermənistanda ÜDM 1,5 faiz azalacaq, istehlak qiymətləri 0.8 faiz, gələn il isə 2 faiz artacaq. Ölkənin tədiyyə balansı mənfi - 8.6 faiz, gələn il isə 7.2 faiz olacaq.

Bundan əlavə, işsizlik səviyyəsi artacaq 19 faizə yüksələcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BVF   Ermənistan  





Xəbər lenti