Yaponiyada 700 kq kokain ələ keçirilib

Yaponiyada 700 kq kokain ələ keçirilib
  16 Aprel 2020    Oxunub:2405
Yaponiyanın Yokohama limanında ölkə tarixdə ən böyük - 700 kiloqram kokain partiyası ələ keçirilib.
Azvision.az xəbər verir ki, narkotikin “Qara bazar”da dəyəri 1,4 milyard yendir (təxminən 130 milyon dollar).

Ölkə üçün rekord miqdarda hesab edilən həmin narkotik vasitə sonuncu dəfə Kobe limanındakı yük konteynerindən müsadirə edilən kokaindən 400 kiloqram çoxdur.

Yaponiya hüquq-mühafizə orqanları hesab edir ki, bu işdə mütəşəkkil cinayətkar qrupun əli var. Kokain gömrük işçiləri tərəfindən banan və digər yük qutuları olan konteynerdə aşkar edilib.

Qeyd edək ki, son bir neçə ildə Yaponiya ərazisi vasitəsi ilə kokain daşınması halları çoxalıb.

Azvision.az


Teqlər: Yaponiya  





Xəbər lenti