Avropa İttifaqı Azərbaycana təşəkkür edib

 Avropa İttifaqı Azərbaycana təşəkkür edib
  16 Aprel 2020    Oxunub:2612
"Bakıda Heydər Əliyev Mərkəzində Avropa İttifaqının bayrağının əks olunması Aİ və Azərbaycan arasında həmrəylik və əməkdaşlığın göstəricisidir".
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas sosial şəbəkə hesabında yazıb.

"Biz birlikdə güclüyük. Sag ol, Azərbaycan", -deyə Aİ rəsmisi bildirib.

Qeyd edək ki, aprelin 15-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Avropa İttifaqının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş olunub.

Azvision.az


Teqlər: Avropa-İttifaqı   Bayraq  





Xəbər lenti