Böyük Britaniya koronavirusun pik nöqtəsinə yaxınlaşır

Böyük Britaniya koronavirusun pik nöqtəsinə yaxınlaşır
  16 Aprel 2020    Oxunub:1866
"Ehtimal ki, Böyük Britaniya koronavirusun (COVID-19) pik nöqtəsinə yaxınlaşır. Ölkədə tətbiq olunan məhdudlaşdırıcı tədbirləri aradan qaldırmaq hələ tezdir".
Azvision.az xəbər verir ki, bunu Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok deyib.

Onun sözlərinə görə, təcrid rejimi aradan qaldırılsa belə, ölkə dərhal normal həyat rejiminə qayıda bilməyəcək. Sosial məsafə ilə bağlı məhdudiyyətllərin tamamilə ləğvi üçün vaxt lazımdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BöyükBritaniya  





Xəbər lenti