İspaniyada koronavirusdan ölənlərin sayı 19 mini keçdi

İspaniyada koronavirusdan ölənlərin sayı 19 mini keçdi
  16 Aprel 2020    Oxunub:2489
İspaniyada daha 551 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə koronavirus qurbanlarının ümumi sayı 19 min 130 nəfər olub. Yoluxanların sayı isə 5183 nəfər artaraq 182 min 816 -ya çatıb. Xəstələrdən 74 min 797 nəfəri sağalıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: İspaniya  






Xəbər lenti