Erməni hərbçilər kasıbların ərzaq yardımını oğurlayıblar

  Erməni hərbçilər kasıbların ərzaq yardımını oğurlayıblar
  16 Aprel 2020    Oxunub:2941
Ermənistan ordusunun hərbçiləri kasıb insanların ərzaq yardımını oğurlayıblar.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İcevanda Andranik Qazaryan adlı şəxs köməyə ehtiyacı olan 1100 ailə üçün ərzaq yardımı ayırıb.

Bundan xəbər tutan Qeğam Saruxanyan, Qarik Petrosyan ve Erik Meliksetyan adlı hərbçilər gecə saatlarında ərzaq paketlərinin saxlanıldığı məktəbə basqın ediblər.

Məktəbin mühafizəçisi hadisə barədə polisə məlumat verib. Oğurluqda şübhəli bilinən hər üç hərbçi saxlanılaraq barələrində cinayət işi açılıb.

Azvision.az


Teqlər: Ermənistan   Oğurluq   Cinayət   Hərbçi  






Xəbər lenti