“Bizi aldatdılar, yalan məlumat verdilər” - Pentaqon rəhbəri

“Bizi aldatdılar, yalan məlumat verdilər” -  Pentaqon rəhbəri
  16 Aprel 2020    Oxunub:4097
Pentaqon rəhbəri Mark Esper Çin rəhbərliyini yalan danışmaqda günahlandırıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Mark Esper Çinin Kommunist Partiyasını koronavirusun yayılması ilə bağlı düzgün məlumatlar verməməkdə ittiham edib.

"Onlar bizi aldatdılar, virusun yayılmasının ilk günlərindən qeyri-şəffaf oldular. Hətta indi də dediklərinin doğru olduğuna əmin deyiləm".

Esperin sözlərinə görə, ilk gündən Çin hökuməti düzgün məlumat versəydi, virusu müəyyənləşdirməyə və vaksin üzərində çalışmağa kömək edərdilər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Çin  





Xəbər lenti