Almaniyada koronavirusa yoluxma sayı 134 minə yaxınlaşır
Bildirilir ki, ölkədə bir gündə 299 nəfər infeksiyadan ölüb. Bununla da ölənlərin ümumi sayı 3868 nəfər olub. Həkimlər, eyni zamanda ötən dövr ərzində təqribən 81 min 800 insanın sağaldığını bildiriblər.
Məlumata görə, ən çox yoluxma halı Bavariyada (36,027), Şimali Reyn-Vestfaliya (27,030) və Baden-Vürtemberqdə (26,543) aşkar edilib. Berlində 4945 koronavirus infeksiyası qeydə alınıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Almaniya Koronavirus Covid-19







Vaxtında, Aydın, Lazımlı!


