Ermənistanda 19 nəfər koronavirusdan öldü - Yoluxma sayı artır

 Ermənistanda 19 nəfər koronavirusdan öldü -    Yoluxma sayı artır
  17 Aprel 2020    Oxunub:2849
Ermənistanda koronavirusa yoluxanların sayı 1201 nəfərə çatıb.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, sutka ərzində 42 yeni yoluxma qeydə alınıb. Koronavirusdan ölənlərin sayı 19 nəfərdir.

Qeyd edək ki, dünən Ermənistanda virusa yoluxanların sayı 1159, ölənlər isə 18 nəfər olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  






Xəbər lenti