SOCAR-ın Petkim şirkəti 19 milyon cərimələndi

SOCAR-ın Petkim şirkəti 19 milyon cərimələndi
  03 Yanvar 2014    Oxunub:1491
Türkiyənin Maliyyə Nazirliyi son aylarda yoxlamalarını artıraraq xüsusilə nəhəng şirkətlərə inanılmaz dərəcədə böyük vergi cəzaları kəsib.

AzVision.az türk mediasına istinadən xəbər verir ki, ən son “Turkcell”ə cəza verən Maliyyə Nazirliyi Böyük Mükəlləflər Vergi Dairəsi vergi cəzalarını şirkətlərdən tələb etməyə başlayıb.

“Turkcell” - 527.7 milyon TL

Maliyyə Nazirliyi “Turkcell”ə 2008-2012 dövrü üçün ümumilikdə 527.7 milyon türk lirəsi vergi cəzası kəsib. Şirkət Nazirliyə 211.1 milyon lirə vergi və vergi cəzası olaraq 316.6 milyon lirə olmaqla cəmi 527.7 milyon lirə vergi ödəməlidir. “Turkcell” bu vergi və vergi cəzası haqqında bütün qanuni haqlarından istifadə edəcəyini bildirib.

“Tofaş” - 85.7 milyon TL

"Koç" qrupuna aid olan “Tofaş”a 2008-2010 maliyyə illəri ilə əlaqədar gecikmə cəzası xaric, ümumilikdə 67.5 milyon lirə vergi cəzası kəsilib. “Tofaş”ın açıqlamasına görə, şirkətdən vergi cəzası daxil olmaqla 2008-ci il üçün 29.3, 2009-cu il üçün 18.3, 2010-cu il üçün 19.9 milyon lirəlik vergi və vergi cəzası tələb edilib. Edilən yoxlamalar nəticəsində Tofaşa kəsilən vergi cəzası ümumilikdə 85.7 milyon lirəyə yüksəlib.

“Petkim” 19.2 milyon TL

“Petkim”ə ümumilikdə 19.2 milyon TL vergi cəzası kəsilib. Vergi dairəsi tərəfindən etdiyi idxalatlarla əlaqədar olaraq şirkətə 2008-2009-2010-2011 və 2012-ci illərə aid 9.6 milyon TL vergi və 9.6 milyon TL vergi cəzası kəsilib. Şirkət verdiyi açıqlamada bu vergiləri üzərindən götürmək üçün bütün qanuni haqlarından istifadə edəcəyini və bu mərhələdə hər hansı ödəmə edilməyəcəyini bildirib.

Qeyd edək ki, Petkim şirkətinin səhmlərinin 51 faizdən çox hissəsi hazırda Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur. SOCAR bu səhmlərə 2007-ci ildən nəzarət edir.


Teqlər:  





Xəbər lenti