Rusiyada bir gündə 4069 nəfər koronavirusa yoluxub

 Rusiyada bir gündə 4069 nəfər koronavirusa yoluxub
  17 Aprel 2020    Oxunub:2703
Rusiyada sutka ərzində 4069 nəfər koronavirusa yoluxub, 41 xəstə ölüb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilir ki, 286 nəfər müalicə olunaraq sağalıb. Rusiyada virusa yoluxanların ümumi sayı 32 007, ölənlər 273, sağalanlar isə 2500 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  






Xəbər lenti