Ermənistanda nazirlik işçiləri koronavirusa yoluxdu

 Ermənistanda nazirlik işçiləri koronavirusa yoluxdu
  17 Aprel 2020    Oxunub:2185
Ermənistanın Fövqəladə Hallar Nazirliyində koronavirusa yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə nazir müavini Armen Arutyunyan deyib. Onun sözlərinə görə, beş əməkdaşda koronavirus aşkarlanıb.

"Nazirliyin həmin əməkdaşlarının üç nəfəri hazırda müalicə olunur. Digər iki nəfər artıq sağalıb. Virusa yoluxmuş işçilərlə təmasda olan bütün vətəndaşlar təcrid olunub, onların sayı 42 nəfərdir", - deyə Arutyunyan bildirib.

Qeyd edək ki, Ermənistanda koronavirusa ümumilikdə 1201 nəfər yoluxub, 19 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   COVİD-19   Koronavirus  






Xəbər lenti