Putin və Makron koronavirusu müzakirə edib

Putin və Makron koronavirusu müzakirə edib
  17 Aprel 2020    Oxunub:2518
Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, prezidentlər koronavirusla bağlı vəziyyəti müzakirə ediblər.

Dövlət başçıları bu istiqamətdə ölkələrində həyata keçirilən mübarizə tədbirləri barədə fikir mübadiləsi aparıblar.

Bundan əlavə, onlar videokonfrans vasitəsilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin liderlərinin işçi görüşünün təşkili imkanlarını müzakirə ediblər.

Söhbət zamanı Ukrayna böhranın həlli mövzusuna da toxunulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Makron   Koronavirus  





Xəbər lenti