Britaniyada bir gündə 847 nəfər virusdan öldü

Britaniyada bir gündə 847 nəfər virusdan öldü
  17 Aprel 2020    Oxunub:2980
Böyük Britaniyada sutka ərzində 847 nəfər yeni növ koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkədə son 24 saat ərzində 5599 yoluxma qeydə alınıb. COVİD-19-dan ölənlərin sayı isə 14 576 nəfərdir.

Xatırladaq ki, dünyada hazırda koronavirusa yoluxanların sayı 2.2 milyonu keçib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Koronavirus   COVİD-19  






Xəbər lenti