“Boeing” hərbi təyyarələrin istehsalını bərpa edir

  “Boeing” hərbi təyyarələrin istehsalını bərpa edir
  18 Aprel 2020    Oxunub:3848
ABŞ-ın “Boeing” korporasiyası Pensilvaniya ştatının Ridli şəhərindəki müəssisələrində istehsalını bərpa edir.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, istehsal 20 apreldə bərpa ediləcək. Koronavirusun yayılma təhlükəsi ilə əlaqədar olaraq obyektlərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq ediləcək.

“Boeing” korporasiyası Ridli fabriklərində “H-47 Chinook” hərbi helikopteri, “V-22 Osprey” hərbi təyyarəsi və çox məqsədli “MH-139A Grey Wolf” hərbi helikopter istehsal edir.

Azvision.az



Teqlər: Hərbi   Təyyarə  





Xəbər lenti