Özbəkistanda 1405 nəfər COVID-19-a yoluxdu

Özbəkistanda 1405 nəfər COVID-19-a yoluxdu
  18 Aprel 2020    Oxunub:3043
Özbəkistanda ötən sutka ərzində 50 nəfərdə koronavirus aşkarlanıb.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Mərkəzi Asiya ölkəsində virusa yoluxma faktlarının sayı 1405-ə yüksəlib.

Qeyd edək ki, Özbəkistanda indiyədək 4 nəfər pandemiyanın qurbanı olub, 156 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Azvision.az


Teqlər: özbəkistan   Koronavirus  






Xəbər lenti