Çində son sutkada koronavirusdan ölüm olmayıb

Çində son sutkada koronavirusdan ölüm olmayıb
  18 Aprel 2020    Oxunub:2667
Son bir gündə Çində yeni koronavirusun yaratdığı xəstəlikdən heç kim ölməyib.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, koronavirusa yoluxanların sayı 27 nəfər artaraq 1058-ə çatıb.

Bununla yanaşı ölkəyə gələn 1566 nəfərdə virus aşkarlanıb, onlardan 709-u sağalıb.

Qeyd edək ki, Çində koronavirusa yoluxanların 93,1% -i sağalıb, 4,6 min nəfər ölüb.

Azvision.az



Teqlər: Çin   Koronavirus  






Xəbər lenti