Tramp bir aydır Ağ Evdən çıxmır

Tramp bir aydır Ağ Evdən çıxmır
  18 Aprel 2020    Oxunub:3616
ABŞ Prezidenti Donald Tramp koronavirusa görə Ağ Evi tərk etmədiyini deyib.
Azvision.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Onlar mənim səyahət etməməyimi tövsiyə etdilər. Bir aydır ki, Ağ Evdəyəm. Mən yalnız bir dəfə gözəl gəmimizlə (Nyu-Yorka gedən hərbi-tibbi gəmi ilə) vidalaşmağa getdim".

ABŞ Prezidenti mümkün olduğu təqdirdə prezident seçkiləri ilə əlaqədar təşviqat kompaniyasını yenidən başladacağını söyləyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tramp   ABŞ  






Xəbər lenti