Ukraynada 133 nəfər koronavirusun qurbanı olub

Ukraynada 133 nəfər koronavirusun qurbanı olub
  18 Aprel 2020    Oxunub:2932
Ukraynada son sutka ərzində 444 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Ukraynada virusa yoluxma sayı 5 min 106 nəfərə çatıb. İndiyədək 133 nəfər pandemiyanın qurbanı olub. 275 xəstə sağalaraq evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   virus  






Xəbər lenti