“Maliyyə olmadan böhrandan çıxa bilmərik” - Zelenski

“Maliyyə olmadan böhrandan çıxa bilmərik” -  Zelenski
  18 Aprel 2020    Oxunub:2965
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Beynəlxalq Valyuta Fondunun maliyyə vəsaiti olmadan ölkəsi koronavirusun yaratdığı böhrandan çıxa bilməyəcək.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski söhbətin 8-10 milyard dollar məbləğində pul vəsaitinin alınmasından getdiyini deyib. Bu təkcə BVF-nin pulu deyil, həm də Dünya Bankının, Avropa Birliyinin əlverişli faiz dərəcələri ilə verdiyi kreditlərdir.

"Demək olar ki, hər gün başqa ölkələrin liderləri ilə danışıram. BƏƏ, Azərbaycan və Kanada ilə, yeri gəlmişkən, Almaniya ilə birlikdə Angela Merkelə də minnətdaram. Danışırıq. Yəni daha çox pulumuz olacaq. Bizi dəstəklədiklərini deyirlər. Bu, haradasa humanitar yardım, Ukrayna iqtisadiyyatına dəstək vermək üçün güzəştli kredit puludur",- deyə Zelenski bildirib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti