“Kim Çen Indan yaxşı məktub almışam” - Tramp

 “Kim Çen Indan yaxşı məktub almışam” -  Tramp
  19 Aprel 2020    Oxunub:3099
ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Indan yaxşı bir məktub aldığını açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti keçirdiyi brifinqdə bəyan edib.

Tramp bildirib ki, KXDR bu yaxınlarda qısa mənzilli raketləri sınaqdan keçirib: "O, uzun müddətdir sınaqlar keçirir. Mən Kim Çen Indan yaxşı məktub almışam. Hesab edirəm ki, biz dil tapa biləcəyik", - ABŞ Prezidenti əlavə edib.

Trampın sözlərinə görə, əgər o, Prezident olmasaydı, ABŞ KXDR ilə müharibə edərdi: "Bu, dünyanın və həyatın necə qurulduğunu başa düşməyənlər üçündür. Ancaq mənim Kim Çen Inla yaxşı münasibətim var".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tramp   ABŞ   KXDR  





Xəbər lenti